Biz bu gün həşəratlar haqqında məlumat topladıq. Həşəratlar- yəqinki, planetimizdə ən çox, saysız-hesabsız olan canlılardır. Onların ümumi sayı 1 milyondan çoxdur.Xarici görünüşlərinə görə onlar digər heyvanlardan öz kiçik ölçüləri ilə seçilirlər, həmçinin onların ümumilikdə
6 ayağı (3 cüt) olur.
Həşəratlar praktiki olaraq hər yerdə yaşayırlar: torpaqda, otların içində, ağaclarda, evlərdə və s. Bir çox heyvan və quşlar onları qida kimi yeyirlər, bəzi ölkələrdə həşəratları hətta insanlar da yeyir.
Həşəratlardan arı,kəpənək,qarışqa,milçək,ağcaqanad,tarakan,birə,parabüzən,çəyirtkə,cırcıma,ipəkqurdu və s.adını çəkmək olar.
,
Ən uzunömürlü həşərat 50 il yaşayır.
Ən ağır həşərat Afrika qoliaf böcəkləri sayılır ki,onların da çəkisi 100 qrama çatır.
Ən şirin həşərat- 1 ha sahəni tutan bitki üzərində 5 milyarda qədər mənənə-bitki yaşaya bilir.Onlar öz növbələsində torpağa 2 tona qədər şəkər tərkibli şirə ifraz edir.
Ən təhlükəli həşərat -malyariya parazitinin daşəyəcəsə olan ağcaqanadların "günahı"uzündən hər il dünyada 7 milyona qədər adam ölür.
Ən sürətlə qanad çalan- çox xırda olan forsimopiya ağcaqanadları 1 dəqiqə ərzində 62760 dəfə qanad çalırlar.
Sprinter həşərat -tarakanlar çox gözəl sprintlərdir.Onlar saniyədə 30 sm,1 saat ərzində 1,8 kmməsafə qət edə bilirlər.
Ən iri və ən xırda kəpənək-ən iri qanad kraliça Aleksandranın şərəfinə adlandırılan kəpənəyə məxsusdur-28 sm.
"Göy cırtdan" adlı Afrika kəpənəyinin qanadının uzunluğu isə cəmi 1,4 sm-dir.
Ən uca səsli həşərat -cırcıramalar hesab olunur.Onların "mahnıları"ını 400 metrlikməsafədən də eşitmək olar.