понедельник, 15 февраля 2016 г.

Faydalı həşərat olan "ipəkqurdu".



             Təbiətdə ziyanverici həşəratlarla yanaşı,faydalı həşəratlar da var.Onlardan biri də tut ipəkqurdudur.Əslində,ipəkqurdu qurd deyil,"kəpənəkdir".


   Bu canlının yumurtası ağ rəngdə, xaşxaş dənəsindən azacıq böyük olur. Yaz fəslində tut ağacının yarpaqları çiçəkləyən kimi həmin yumurta da açılır, içindən sancağın arxası qalınlığında, bir neçə millimetr uzunluğunda qara rəngli kiçik bir qurd xaric olur. O, tut ağacının yarpaqları ilə qidalanır, yavaş-yavaş böyüyür, daha sonra yuxuya dalır. Onun yuxusu təqribən iki sutka çəkir.   

    Yuxuda olduqda ayaqları aşağıda, əlləri ilə başı isə yuxarıda olur. O, həmin halda nə yeriyir, nə də qidalanır. Əgər əl ilə ona toxunsaq, azacıq, yalnız diri olması məlum olacaq       qədər hərəkət edəcək. İki sutkadan sonra oyanır və dərisini       dəyişir. Öz köhnə dərisini yerə qoyur, onun arasından yeni dəri və yeni bədənlə xaric olur. Bu halda bir az böyük, rəngi azacıq ağarmış olur.Bu proses bir neçə dəfə təkrarlanır. 

 Daha sonra o  "barama" hazırlamağa başlayır. O baramanı ağızının suyu ilə düzəltdiyi ,durmadan ağ­zından xaric etdiyi sapabənzər incə maddədən hazirlayır . Bu onun üçün çox zəruridir. O özünü gizlətməsə, çoxsaylı təhlükələrlə qarşılaşar. Belə ki, ya baramaqurdunun ən böyük düşməni olan qarışqa onu parçalayaraq öz yuvasına aparar, ya sərçələr birbaşa udaraq həyatına son qoyar, ya da əl-ayaq altında qalıb tapdanar.
Baramaqurdu həmin baramanı  tut ağacının budaqları arasında, yaxud içinə qoyulmuş olduğu qutuda inşa edir. 

     


    

9 комментариев:

  1. Super əla müəllimimiz bizə həşəratlar haqqında məlumat yazmağı vermişdi mende baxdim internetdən qabağıma bu məlumatlar çıxdı oxudum maraqlı məlumatlar var idi allah sizdən razı olsun vallah superrrrr əlaaaaa

    ОтветитьУдалить
  2. 👍👍👍👍👍👍👍👍👍vidio şox maraqlı idi

    ОтветитьУдалить
  3. Bombastic fantastic cimnastik lahmacun dönər yeməyə aparardi çox vaxt ayıraq var yaxşı tanıyır tez tez baxa yaxşı muellime çox sağolun müəllimə Allah razı olsun muellime necesiz bagisliyin internetdə tanış olduğu üçün mümkün olmuyacaq padnos getire biler

    ОтветитьУдалить
  4. Jammin' Jars Casino Resort Launches in Pennsylvania
    A 남원 출장샵 limited online gambling site, Jammin' Jars, is 충주 출장마사지 opening its 서귀포 출장샵 doors in Pennsylvania. and 충청남도 출장마사지 it is 고양 출장안마 also open in the Keystone and the

    ОтветитьУдалить