понедельник, 15 февраля 2016 г.

Səmərəliliyi və ticarətdə rolu.


       İnsanlar qədim zamanlardan təbii ipək almaq üçün ipəkqurdu bəsləyirlər.İpəkqurdunun sarıdığı baramadan nazik saplar alır,zərif  ipək parçalar toxuyurlar.
       İpəkçiliklə  dünyada ilk dəfə çinlilər məşğul olub.Çinlilər bu kəpənəyin baramasının saplarını açaraq,ipək parça toxumağın sirrini öyrəniblər. Bəlkə də bu sirrdünyanın uzunömürlü sirridir.Sirr sahibləri uzun illər hər vasitə ilə onlara məxsus olan texnologiyanın başqa ölkələrə aparılmasının qarşısını almışlar.Bunun üçün hətta sirri açmağa cəhd göstərərnlərə ən ağır işgəncə və əzablar vermişlər.Onlar ipək parçanın sirrini düz 2000-2500 il saxlaya bilmişlər.Bu isə,onlara böyük şöhrət və var dövlət gətirmişdi.Sonralar Çindən başlayan karvan yolun ilə tacirlər qiymətli Çin ipəyiniŞərqdən Qərbə daşəmağa başladılar.Beləcə,"Böyük İpək yolu "adlandırılan ticarət yolu  yarandı.


      İpək istehsalı tut ipəkqurdu kəpənəyi toxumunun əldə edilməsindən başlayır. Daha sonra ipəkqurdu bəslənilərək barama əldə edilir. Qızğın buxar və ya qazanda qaynadılmış su vasitəsilə baramanın içindəki pupun boğulması ipək istehsalının zəruri ünsürüdür. Pupun boğulması prosesi başa çatdıqdan sonra "mancanaq" adlanan dəzgahda baramaaçma prosesi başlayır.

Azərbaycanda ipəkçiliyin ikişafı.

   
     Azərbaycan qədim zamanlardan bəri Şərqin  ən böyük  ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əlayəti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın ŞamaxıBasqalGəncəŞəkiŞuşa bölgələrində da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. A­zər­bay­can­da ipək­çi­lik həm qə­dim vaxt­lar­da, həm də müa­sir dövr­də əha­li­nin əsas fəa­liy­yət növ­lə­rin­dən bi­ri ol­muş­dur.
          Verilən məlumata görə, e.ə. II əsrdən başlayaraq Tarixi İpək yolunun ən intensiv magistrallarından biri Azərbaycandan keçirdi. Bu yol Çin və Hindistandan başlayır, Orta Asiyadan keçib Xəzər dənizinə çataraq Azərbaycan ərazilərində davam edib, burada 2 qola ayrılıb biri Kür çayı boyunca yuxarı İberiya və Kolxida istiqamətində, ikincisi isə Şimala burularaq Xəzərin qərb sahili boyunca Dərbənddən və Qafqaz ətəyi düzənliklərdən keçib Qara dəniz ətrafının şimalındakı Yunan şəhər koloniya-larına aparırdı. III əsrdə İranda hakimiyyəti ələ almış Sasanilər öz sələfləri olan Parfiya hökmdarları kimi “Böyük İpək yolu”na nəzarəti öz əllərində saxlamağa çalışırdılar. Fər­ziy­yə­lə­rə gö­rə, ipək­çi­lik­lə bağ­lı iş­lər­lə bu­ra­da təx­mi­nən 2000 il­dən ar­tıq­dır ki, məş­ğul olur­lar. Ar­tıq V-VI əsr­lər­də Azər­bay­ca­nın iq­ti­sa­diy­ya­tın­da ipək­çi­lik mü­hüm yer tut­muş­dur. An­tik dövr Al­ban ta­rix­çi­si M.Ka­lan­kay­tuk­lu özü­nün "Al­ban ta­ri­xi" ki­ta­bın­da Kür ça­yı sa­hil­lə­rin­də çox­lu tut ağa­cı­nın bit­di­yi­ni, on­dan, əsa­sən, ipək par­ça is­teh­sa­lın­da xam­mal ki­mi is­ti­fa­də olun­du­ğu­nu gös­tər­miş­dir. 
       A­zər­bay­ca­nın tə­bii şə­rai­ti bu öl­kə­ni bir çox əsr­lər bo­yu dün­ya­nın ipək­çi­lik mər­kəz­lə­rin­dən bi­ri­nə çe­vir­miş­dir.ŞamaxıdaŞəkidə və Azərbaycanın di­gər gu­şə­lə­rin­də is­teh­sal olu­nan ipək par­ça­lar zən­gin tə­biət­li di­ya­rın bü­tün rəng­lə­ri­nin coş­qun­lu­ğu­nu özün­də əks et­dir­miş­dir.



     Azərbaycanda ipəkçiliyin inkişafında Şəkinin tarixən özünəməxsus yeri və rolu olub. Böyük İpək Yolunun üzərində yerləşməsi Şəkidə bu sahənin təşəkkül tapmasına və inkişafına çox böyük təsir göstərib. Eyni zamanda, ipəkçilik bütün tarixi dövrlərdə şəkililərin həyatında və məişətində özünəməxsus yer tutub.
      XVIII-XIX əsrlərdə Şəkidə ipəkçilik özünün ən yüksək inkişaf mərhələsinə çatıb. Şəki ipəyinin şöhrəti nəinki ölkə daxilində, xaricdə də geniş yayılmağa başlayıb. Həmin dövrlərdə bu şəhərdə istehsal edilən ipək məhsulları əsasən Rusiyaya, oradan isə Avropa ölkələrinə ixrac edilirdi. Şəki ipəyi öz keyfiyyəti ilə fərqlənir və xarici bazarlarda yüksək qiymətləndirilirdi.
       Şəkidə ipəkçiliyn inkişafında "Şəki-İpək"
ASC xüsusi rol oynayır.


Faydalı həşərat olan "ipəkqurdu".



             Təbiətdə ziyanverici həşəratlarla yanaşı,faydalı həşəratlar da var.Onlardan biri də tut ipəkqurdudur.Əslində,ipəkqurdu qurd deyil,"kəpənəkdir".


   Bu canlının yumurtası ağ rəngdə, xaşxaş dənəsindən azacıq böyük olur. Yaz fəslində tut ağacının yarpaqları çiçəkləyən kimi həmin yumurta da açılır, içindən sancağın arxası qalınlığında, bir neçə millimetr uzunluğunda qara rəngli kiçik bir qurd xaric olur. O, tut ağacının yarpaqları ilə qidalanır, yavaş-yavaş böyüyür, daha sonra yuxuya dalır. Onun yuxusu təqribən iki sutka çəkir.   

    Yuxuda olduqda ayaqları aşağıda, əlləri ilə başı isə yuxarıda olur. O, həmin halda nə yeriyir, nə də qidalanır. Əgər əl ilə ona toxunsaq, azacıq, yalnız diri olması məlum olacaq       qədər hərəkət edəcək. İki sutkadan sonra oyanır və dərisini       dəyişir. Öz köhnə dərisini yerə qoyur, onun arasından yeni dəri və yeni bədənlə xaric olur. Bu halda bir az böyük, rəngi azacıq ağarmış olur.Bu proses bir neçə dəfə təkrarlanır. 

 Daha sonra o  "barama" hazırlamağa başlayır. O baramanı ağızının suyu ilə düzəltdiyi ,durmadan ağ­zından xaric etdiyi sapabənzər incə maddədən hazirlayır . Bu onun üçün çox zəruridir. O özünü gizlətməsə, çoxsaylı təhlükələrlə qarşılaşar. Belə ki, ya baramaqurdunun ən böyük düşməni olan qarışqa onu parçalayaraq öz yuvasına aparar, ya sərçələr birbaşa udaraq həyatına son qoyar, ya da əl-ayaq altında qalıb tapdanar.
Baramaqurdu həmin baramanı  tut ağacının budaqları arasında, yaxud içinə qoyulmuş olduğu qutuda inşa edir. 

     


    

пятница, 12 февраля 2016 г.

Həşəratlar haqqında.

      Biz bu gün həşəratlar haqqında  məlumat topladıq.  Həşəratlar-  yəqinki,   planetimizdə   ən çox,  saysız-hesabsız olan canlılardır. Onların ümumi sayı 1 milyondan çoxdur.Xarici  görünüşlərinə görə onlar digər heyvanlardan  öz kiçik ölçüləri ilə seçilirlər, həmçinin  onların ümumilikdə 
6 ayağı (3 cüt) olur.  

Həşəratlar  praktiki olaraq hər yerdə yaşayırlar: torpaqda, otların içində, ağaclarda, evlərdə  və s.  Bir çox heyvan və quşlar onları  qida kimi yeyirlər, bəzi ölkələrdə həşəratları hətta insanlar da yeyir.
          Həşəratlardan arı,kəpənək,qarışqa,milçək,ağcaqanad,tarakan,birə,parabüzən,çəyirtkə,cırcıma,ipəkqurdu və s.adını çəkmək  olar. 
,

       Ən uzunömürlü  həşərat 50 il yaşayır.
Ən ağır həşərat Afrika qoliaf böcəkləri sayılır ki,onların da çəkisi 100 qrama çatır.
Ən şirin həşərat- 1 ha sahəni tutan bitki üzərində 5 milyarda qədər mənənə-bitki yaşaya bilir.Onlar öz növbələsində torpağa 2 tona qədər şəkər tərkibli şirə ifraz edir.
Ən təhlükəli həşərat -malyariya parazitinin daşəyəcəsə olan ağcaqanadların  "günahı"uzündən hər il dünyada 7 milyona qədər adam ölür.
Ən sürətlə qanad çalan-  çox xırda olan forsimopiya ağcaqanadları 1 dəqiqə ərzində 62760 dəfə qanad çalırlar.
Sprinter həşərat -tarakanlar çox gözəl sprintlərdir.Onlar saniyədə 30 sm,1 saat ərzində 1,8 kmməsafə qət edə bilirlər.
Ən iri və ən xırda kəpənək-ən iri qanad kraliça Aleksandranın şərəfinə adlandırılan kəpənəyə məxsusdur-28 sm.
"Göy cırtdan" adlı Afrika kəpənəyinin qanadının uzunluğu isə cəmi 1,4 sm-dir.
Ən uca səsli həşərat -cırcıramalar hesab olunur.Onların "mahnıları"ını 400 metrlikməsafədən də eşitmək olar.