Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əlayəti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Azərbaycanda ipəkçilik həm qədim vaxtlarda, həm də müasir dövrdə əhalinin əsas fəaliyyət növlərindən biri olmuşdur.
Verilən məlumata görə, e.ə. II əsrdən başlayaraq Tarixi İpək yolunun ən intensiv magistrallarından biri Azərbaycandan keçirdi. Bu yol Çin və Hindistandan başlayır, Orta Asiyadan keçib Xəzər dənizinə çataraq Azərbaycan ərazilərində davam edib, burada 2 qola ayrılıb biri Kür çayı boyunca yuxarı İberiya və Kolxida istiqamətində, ikincisi isə Şimala burularaq Xəzərin qərb sahili boyunca Dərbənddən və Qafqaz ətəyi düzənliklərdən keçib Qara dəniz ətrafının şimalındakı Yunan şəhər koloniya-larına aparırdı. III əsrdə İranda hakimiyyəti ələ almış Sasanilər öz sələfləri olan Parfiya hökmdarları kimi “Böyük İpək yolu”na nəzarəti öz əllərində saxlamağa çalışırdılar. Fərziyyələrə görə, ipəkçiliklə bağlı işlərlə burada təxminən 2000 ildən artıqdır ki, məşğul olurlar. Artıq V-VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdur. Antik dövr Alban tarixçisi M.Kalankaytuklu özünün "Alban tarixi" kitabında Kür çayı sahillərində çoxlu tut ağacının bitdiyini, ondan, əsasən, ipək parça istehsalında xammal kimi istifadə olunduğunu göstərmişdir.
Azərbaycanın təbii şəraiti bu ölkəni bir çox əsrlər boyu dünyanın ipəkçilik mərkəzlərindən birinə çevirmişdir.Şamaxıda, Şəkidə və Azərbaycanın digər guşələrində istehsal olunan ipək parçalar zəngin təbiətli diyarın bütün rənglərinin coşqunluğunu özündə əks etdirmişdir.
Azərbaycanda ipəkçiliyin inkişafında Şəkinin tarixən özünəməxsus yeri və rolu olub. Böyük İpək Yolunun üzərində yerləşməsi Şəkidə bu sahənin təşəkkül tapmasına və inkişafına çox böyük təsir göstərib. Eyni zamanda, ipəkçilik bütün tarixi dövrlərdə şəkililərin həyatında və məişətində özünəməxsus yer tutub.
XVIII-XIX əsrlərdə Şəkidə ipəkçilik özünün ən yüksək inkişaf mərhələsinə çatıb. Şəki ipəyinin şöhrəti nəinki ölkə daxilində, xaricdə də geniş yayılmağa başlayıb. Həmin dövrlərdə bu şəhərdə istehsal edilən ipək məhsulları əsasən Rusiyaya, oradan isə Avropa ölkələrinə ixrac edilirdi. Şəki ipəyi öz keyfiyyəti ilə fərqlənir və xarici bazarlarda yüksək qiymətləndirilirdi.
Şəkidə ipəkçiliyn inkişafında "Şəki-İpək"
ASC xüsusi rol oynayır.
Комментариев нет:
Отправить комментарий