İnsanlar qədim zamanlardan təbii ipək almaq üçün ipəkqurdu bəsləyirlər.İpəkqurdunun sarıdığı baramadan nazik saplar alır,zərif ipək parçalar toxuyurlar.
İpəkçiliklə dünyada ilk dəfə çinlilər məşğul olub.Çinlilər bu kəpənəyin baramasının saplarını açaraq,ipək parça toxumağın sirrini öyrəniblər. Bəlkə də bu sirrdünyanın uzunömürlü sirridir.Sirr sahibləri uzun illər hər vasitə ilə onlara məxsus olan texnologiyanın başqa ölkələrə aparılmasının qarşısını almışlar.Bunun üçün hətta sirri açmağa cəhd göstərərnlərə ən ağır işgəncə və əzablar vermişlər.Onlar ipək parçanın sirrini düz 2000-2500 il saxlaya bilmişlər.Bu isə,onlara böyük şöhrət və var dövlət gətirmişdi.Sonralar Çindən başlayan karvan yolun ilə tacirlər qiymətli Çin ipəyiniŞərqdən Qərbə daşəmağa başladılar.Beləcə,"Böyük İpək yolu "adlandırılan ticarət yolu yarandı.
İpək istehsalı tut ipəkqurdu kəpənəyi toxumunun əldə edilməsindən başlayır. Daha sonra ipəkqurdu bəslənilərək barama əldə edilir. Qızğın buxar və ya qazanda qaynadılmış su vasitəsilə baramanın içindəki pupun boğulması ipək istehsalının zəruri ünsürüdür. Pupun boğulması prosesi başa çatdıqdan sonra "mancanaq" adlanan dəzgahda baramaaçma prosesi başlayır.